Erməni hüquq müdafiəçisi: “Ermənistanda mövcud olan bütün məhdudiyyətlər olduqca mübahisəlidir”

Erməni hüquq müdafiəçisi: “Ermənistanda mövcud olan bütün məhdudiyyətlər olduqca mübahisəlidir”

“Mən burada da məntiq görmürəm. Kafelərdə də insanlar uzun müddət otururlar və bir stəkan su götürə, saatlarla maskasız qala bilərlər. Ermənistanda mövcud olan bütün məhdudiyyətlər olduqca mübahisəlidir”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Ruben Melikyan deyib.

Jurnalistin “Əvvəlki hakimiyyət dövründə insan hüquqları sahəsində istənilən pozuntu Avropa qurumlarının, beynəlxalq strukturların sərt tənqidinə rast gəlirdisə, bu gün görürük ki, yeni hakimiyyətimizə əslində hər şey bağışlanır və bu dözümlülüyün nəyin qarşılığında olması anlaşılmazdır” sualına Melikyan cavab verib ki, bu suala cavab verməkdə çətinlik çəkəcək.

“Siyasi komponentə malik olan sualdır, ancaq əvəllər gizli sövdələşmələrlə işimiz olması arqumentlərini çox ciddi qəbul etmirdimsə, indi düşünürəm ki, bəlkə bu insanlar haqlıdırlar, bəlkə milli maraqlarımıza zidd olan gizli gündəm var?”, - deyə Melikyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az