BƏƏ İsraillə imzaladığı dostluq müqaviləsinə Fələstini qalxan etmək istədi - Rəsmi Tel-Əviv bin Zayedi yalanladı

BƏƏ İsraillə imzaladığı dostluq müqaviləsinə Fələstini qalxan etmək istədi - Rəsmi Tel-Əviv bin Zayedi yalanladı

Tel-Əvivdəki bələdiyyə binasına Birləşmiş Ərəb Əmirlikləri bayrağını asdıran İsrail prezidenti Ravlin, şahzadə bin Zayedi ölkəsinə dəvət edib.

Avropa.info xəbər verir ki, bu arada İsraillə imzalanmış dostluq müqaviləsinə Fələstini qalxan edərək haqq qazandırmaq istəyən Birləşmiş Ərəb Əmirliklərinə ilk yalanlama İsrail baş naziri Netenyahunun ofisindən gəlib. BƏƏ hökuməti, guya İsrailin İordan çayının Qərb sahilinin ilhaqından vaz keçdiyini və bu səbəbdən Tel-Əvivlə müqavilə imzaladığını bəyan edib.

BƏƏ vəlihəd şahzadəsi bin Zayedin "İsrail İordan çayının Qərb sahilindən vaz keçdi" açıqlamasına cavab verən Netahyahunun ofisi, bu iddianı yalanlayıb.

“İordan çayının Qərb sahilinin ilhaqı planı masadadır və biz buna sadiqik. Tramp BƏƏ ilə tarixi anlaşmanın baş tutması üçün, planın müvəqqəti təxirə salınmasını istədi. Lakin, gələcəkdə planın həyata keçməsi üçün çalışacayıq" - İsraildən edilən açıqlamada belə deyilir.

Mənbə: avropa.info