Putin və Lukaşenko arasında telefon danışığı olub

Putin və Lukaşenko arasında telefon danışığı olub

Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

BAKU.WS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Lukaşenko və Putin Belarus daxilində və onun ətrafında yaranan vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya seçkilərdən 2 gün sonra ölkəni tərk edərək Litvaya qaçıb.

BAKU.WS

Mənbə: baku.ws