Kiyev Minskin "Vaqner”çiləri Moskvaya verməsindən təəssüfləndi

Kiyev Minskin "Vaqner”çiləri Moskvaya verməsindən təəssüfləndi

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi iyulun sonunda Belarusda tutulan "Vaqner"in 32 "döyüşçü"sünün Rusiyaya qaytarılması ilə bağlı xəbəri şərh edib.

Qaynarinfo xəbər verir ki, Kiyev bu qərarı təəssüf hissi ilə qəbul edib, çünki Donbasdakı hadisələrdə iştirakı hesab edilən rusların Ukraynaya veriləcəyinə ümidləri boşa çıxıb.

Ukraynada Belarusdan Minskin qərarlarının müstəqilliyinə hörmətlə yanaşdıqlarına baxmayaraq, "daha qanuni olaraq düzgün və balanslı bir qərar" gözlədiklərini qeyd ediblər.

"Ukrayna Belarus Respublikasının əvvəllər həbs edilmiş özəl Wagner hərbi şirkətinə aid bir qrup şəxsin Rusiyaya təhvil verilməsi qərarından təəssüflənir", - açıqlamada deyilir.

Bundan əvvəl, Rusiya Baş Prokurorluğu Belarusda tutulan və Vaqner PMC-də iştirak etməkdə ittiham olunan 32 Rusiya vətəndaşının geri qaytarıldığını açıqlayıb. İdarənin mətbuat xidmətindən verilən məlumata görə, tutulan 33 nəfərdən birinin Belarus pasportu olduğu üçün o, Belarus ərazisində qalıb. Ukrayna 33 rusdan 28-nin Donbasdakı döyüşlərdə iştirak etdiyini bildirmişdi.

Mənbə: qaynarinfo.az