KTMT Qafqazda təlimlər keçirəcək

KTMT Qafqazda təlimlər keçirəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr (Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxil olmaqla) avqustun 17-dən 20-dək xüsusi təlimlər keçirəcəklər. Ordu.az xəbər verr ki, bu barədə KTMT Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç "Rossiyskaya qazeta"ya açıqlamasında bildirib.

O qeyd edib ki, bildirib ki, təlimlər hərbiçilərin Qafqaz regionunda sərhəddə baş verən silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyat zamanı maddi-texniki təminat məsələlərini həll edə bilməsi üçün nəzərdə tutulub.

Təlimlər Cənub hərbi dairəsi qoşunlarının maddi-texniki təminat üzrə komandir müavini general-leytenant Viktor Voronovun rəhbərliyi altında Həştərxan vilayətində yerləşən "Kapustin Yar" təlim poliqonunda keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az