“Qarabağ münaqişəsinin canlanması fonunda hər zaman bu dövlətin kölgəsi görünür...”

“Qarabağ münaqişəsinin canlanması fonunda hər zaman bu dövlətin kölgəsi görünür...”

Asim Mollazadə: “İşğalçı dövlətə silah vermək, hər şeydən öncə beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir”

Rusiyanın Ermənistana 400ton miqdarında silah-sursat verməsi son günlərin ən çox müzakirə edilən məsələlərindənbiridir.

Maraqlıdır, gəlcəkəkdə bucür halların təkrarlanmaması, işğalçı ölkəyə digər dövlətlərin silah satmasınınqarşısının alınması üçün bu məsələ üzərində beynəlxalq təşkilatların nəzarətiningücləndirilməsi nə dərəcədə faydalı ola bilər?

Moderator.az-a açıqlamaverən millət vəkili Asim Mollazadə, işğalçı dövlətə silah satılmasının ciddi qanunpozuntusu olduğunu vurğuladı:

“Təbii ki, işğalçı dövlətəhər hansı bir ölkənin silah satması yolverilməzdir və bu, hər şeydən öncə beynəlxalqqanunların kobud şəkildə pozulması deməkdir. Ermənistan Rusiyanın hərbi müttəfiqidirvə hər zaman bu münaqişənin canlanmasının arxasında Rusiyanın kölgəsi görünür.Rusiya Azərbaycanla tərəfdaşlıq, yaxın qonşuluq siyasərini həyata keçirmək istəyirsə,buna son qoymalıdır.

Serbiya tərəfi də Ermənistanasilah satışı ilə bağlı araşdırma apardı. Serbiya da Azərbaycanla normal münasibətləridavam etdirmək istəyirsə, bu cür hallara son qoymalıdır.

Ermənistan işğalçı dövlətdir.Ermənistanı sülhə məcbur etmək lazımdır. Ermənistan yalançı danışıqlar apararaqbu prosesi bu günə qədər faktiki olaraq dondurub, yenə də ərazi iddiaları iləçıxış edib. Buna görə də beynəlxalq təşkilatlr öz təməl sənədlərinə, beynəlxalqhüquq normalarına arxalanaraq təcavzükarın siyasətinə düzgün qiymət verməlidir.Əks halda, bölgədə sülh və sabitliyin mütəmadi şəkildə pozulması mütləqdir”.

Mənbə: moderator.az