"Bu gün böyük güclərin Azərbaycanda böyük kapitalları, boru xəttləri olmasaydı..." - VİDEO

"Bu gün böyük güclərin Azərbaycanda böyük kapitalları, boru xəttləri olmasaydı..." - VİDEO

1. Tovuz hadisələri Azərbaycan Ermənistan münasibətlərində güc nisbətini Azərbaycanın xeyrinə ciddi surətdə dəyisdi...

2. Azərbaycan torpaqları azad etmək üçün indiki qədər şansı əvvəllər heç vaxt yaranmayıb.

3. Böyük imperiyalar və diktatorlar çökmə zamanı yaxınlaşdıqca daha yanlış və səmərəsiz qərarlar qəbul edirlər.

4. Rusiya iqtidarı çoxistifadəli alətlərini (Erməniləri) işə salaraq törətdiyi iyul səhvi (Tovuz basqını) çox şey gözlədiyi halda, özləri üçün "böyük və uzaqgörən" planları bumeranq olaraq ittifaqa qarşı döndü, bütün dünya güclərini öz üzərinə qaldırdı. Putin hökümətinin 20 illik "sıfırlanmış" tarixi boyu bu gobud səhvlə özünə və ittifaqına vurduğu zərbə rekord vurmuş oldu.

5. Bir şeyi unutdular: Bununla böyük güclərin kapitallarını və iqtisadi maraqlarını tapdalamış olurlar və böyük güclər heç vaxt buna imkan verməyəcək və nə də bağışlamayacaq.

6. Doğrudan da bütün böyük güclər dərhal fəaliyyətə başladı, bu gün Rusiya və onun əlaltısı Ermənistan çox ağır duruma düşdü, bu regionda vəziyyəti tamamilə dəyişdi, ard-arda bu ölkələrə ABŞ-dan, BB-dan, Aİ-dan, İsraildən, Türkiyədən hücumlar səngimək bilmir.

7. Bunun da tək səbəbi böyük lider Əbülfəz Elçibəyin xarici kapitalın ölkəyə axıdılması zərurətini doğuran siyasətidi. Onun əsas göstərişi: Dünyanın ən böyük dövlətləri, bankları, şirkətləri Azərbaycana dəvət olunmalı, onların hər biri üçün maksimum şərait yaratmalıyıq". Bu siyasət indi də və gələcəkdə də daimi öz bəhrəsini verəcək.

8. Təəssüflər olsun ki, son zamanlar bu prinsiplərə nə qardaş Türkiyədə, nə də Azərbaycanda əməl olunmur. İnvestorlar daha çox yağmalanır, həbsxanalara atılır, əmlakları əllərindən alınır. Türkiyə iqtisadiyyatına milyardlarla investisiya yatıran və bu gün həbsxanalarda çürüdülən Mübariz Mənsimov tək deyil, onlarla belə iş sahibləri sürgündə və ya həbsxanalardadı. Türkiyə xalqı gərək parlamentindən və prezidentindən hesabat sorsun. Bu gün böyük güclərin Azərbaycanda böyük kapitalları, boru xəttləri olmasaydı, Azərbaycan heç yada da düşməyəcəydi. Hər bir investor sənin ölkənə kapital qoymaqla həm də sənin ən vacib müdafiəçinə çevrilir.

Bütün bu problemlər haqqında MGTV -nin rəhbəri Sayın Mustafa bəylə söhbətimizdə.

Mənbə: moderator.az