HƏMAS rəsmisi BƏƏ-nin Fələstin xalqını arxadan vurduğunu bəyan etdi

HƏMAS rəsmisi BƏƏ-nin Fələstin xalqını arxadan vurduğunu bəyan etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Sami Əbu Zuxri Birləşmiş Ərəb Əmirliklərinin İsrail rejimi ilə əldə olunan normallaşma razılaşmasına münasibət bildirib.

Sami Əbu Zuxri açıqlamasında vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri bu addımı ilə Fələstin xalqını arxadan bıçaqlayıb.

"Bu razılaşmanın Fələstin xalqı nəzdində heç bir qiyməti yoxdur. Mövqeyimiz qətidir. Bu razılaşma ilə yeni dövr başlamış oldu. Əkilən nifaq toxumları böyüyür. Bundan isə sadəcə sionistlər faydalanırlar. Lakin biz bu toxumların daha da böyüməsinə icazə verməyəcəyik", - deyə Sami Əbu Zuxri diqqətə çatdırıb.

O qeyd edib ki, İslam ümməti Əqsa məscidinə və Fələstin xalqına sahib çıxacaq.

Mənbə: eastnews.org