Paşinyandan "siyasi intihar": “Aparıcının qarçısında aciz vəziyyətdə idi”

Paşinyandan "siyasi intihar": “Aparıcının qarçısında aciz vəziyyətdə idi”

“Bu isə deməyə əsas verir ki, Paşinyanın heç bir siyasi və tarixi bilgisi yoxdur"

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasət səhnəsindəki biabırçılıqları davam edir. Bu dəfə o, Britaniyanın BBC teleradiokorporasiyasının "Hard Talk" proqramında özünü sözün əsl mənasında, rüsvay edib. Proqramın aparıcısı Stiven Sakur sanki qarşısına Paşinyanı "edam" etməyi qoymuşdu.

Erməni baş nazir aparıcının kəsərli sualları qarşısında özünü itirib və aciz qalıb. Üstəgəl, ingilis dilini zəif bilməsi də Paşinyanı acınaqlı duruma salıb. Və baş nazir etiraf edib ki, Dağlıq Qarabağ əhalisinin 18 faizi erməni olub. Bəzi mütəxəssislər bunu Paşinyanın "siyasi intihar" şousu adlandırıb.

Paşinyanın növbəti fiaskosu barədə "Sherg.az"a fikirlərini bildirən politoloq Zaur Məmmədov onun sözün əsl mənasında ifşa olunduğunu deyib:

"Paşinyan bütün dünyada işğalçı kimi tanınır. Efirdə deyilənlər və aparıcının kəskin replikaları bunu bir daha sübut etdi. O, efir vasitəsilə dünya ictimaiyyətini nə qədər çaşdırmağa çalışsa da, bacarmadı. Əksinə, öz xəyalında aparıcıya cavab verirdi. Əslində isə tam aciz vəziyyətdə idi. Bu isə onu deməyə əsas verir ki, Paşinyanın heç bir siyasi və tarixi bilgisi yoxdur".

Mənbə: sherg.az