Türk ordusundan uğurlu əməliyyat: 143 terrorçu məhv edildi

Türk ordusundan uğurlu əməliyyat: 143 terrorçu məhv edildi

Türkiyə ordusu İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalında yerləşən Haftanində 3, Zap və Avaşində isə 6 PKK silahlısı hava zərbələri nəticəsində zərərsizləşdirilib. Beləliklə, Türkiyə Silahlı Qüvvələri tərəfində son 10 gündə məhv edilən terrorçuların sayı 143-ə çatıb”, - məlumatda bildirilib.

Mənbə: axar.az