ATAK helikopterləri Aralıqda havaya qaldırıldı

ATAK helikopterləri Aralıqda havaya qaldırıldı

Türkiyə donanmasına aid 3 gəmi Antalyanın Kaş və Dəmrə rayonlarında, Yunanıstan Hərbi Dəniz Qüvvələrinə aid freqat isə Meis adasının qarşısında gözləyir.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk donanmasının 2 freqatı bəzi günlərdə birgə, bəzən isə növbə ilə Demrədən yola düşərək Kaş sahillərində patrul fəaliyyəti göstərir. Elə vaxtlar olur ki, freqatlar Meis adası yaxınlığından da hərəkət edirlər.

Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 3 ATAK helikopteri Kaş üzərində müəyyən vaxtlarda patrul fəaliyyətini yerinə yetirir.

Mənbə: axar.az