Pompeodan Belarusla bağlı çağırış

Pompeodan Belarusla bağlı çağırış

Belarus hakimiyyəti vətəndaşlarla dialoqa başlamalıdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Maykl Pompeo Polşanın Xarici İşlər naziri Yatsek Çaputoviç ilə birgə mətbuat konfransı zamanı bildirib.

“Biz Belarus hakimiyyətini vətəndaşları ilə dialoq qurmağa çağırırıq", - o deyib.

Pompeonun sözlərinə görə, ABŞ hakimiyyəti Belarusdakı etirazçıların sərbəst buraxılmasını dəstəkləyir, lakin bunu yetərsiz hesab edir:

“Biz Belarusdakı vəziyyəti diqqətlə izləyirik".

Mənbə: axar.az