Lukaşenkonun Putinlə telefon danışığının təfərrüatı məlum oldu

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasındakı telefon danışığının təfərrüatı məlum olub.


Yeniavaz.com “ria.ru” ya istinadla xəbər verir ki, telefon danışığı zamanı prezidentlər yaranmış problemlərin tezliklə həll olunacağına inandıqlarını bildiriblər.


Prezidentlər Rusiya və Belarus xalqlarının təməl maraqlarına tam cavab verən müttəfiq münasibətləri gücləndirmək istəyini təsdiqləyiblər. Hər iki lider dövlət daxilində iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığına xələl gətirməyə çalışan dağıdıcı qüvvələrin bu problemlərdən faydalanmaması istiqamətinə işlər görüləcəyini qeyd ediblər.

 

Demokrat.az

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Daha bir tətbiq Android istifadəçilərinin ixtiyarına verildi

SONRAKI XƏBƏR

Ukrayna prezidenti Lukaşenkonu qınadı – “Qəribə, səhv və yolverilməzdir...”