Bu ölkədə prezident olmaq üçün ilk namizədin adı açıqlandı

Bu ölkədə prezident olmaq üçün ilk namizədin adı açıqlandı

Tacikistanda oktyabrın 11-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq ilk namizəd məlum olub.

Axar.az xəbər verir ki, Əkinçilik Partiyasının lideri Rüstəm Lətifzadə seçkilərə namizədliyini irəli sürüb.

Partiyanın qurultayında çıxış edən sədr əsas məqamlarını açıqlayıb:

“Əsas məqsədimiz Tacikistanın sərhədlərini qorumaq, qida təhlükəsizliyinin təminatı, miqrantların məşğulluq problemlərinin həlli və iqtisadi inkişafı təmin etməkdir”.

Qeyd edək ki, Tacikistanda 7 siyasi partiya mövcuddur.

Mənbə: axar.az