XİN: Ukrayna Gürcüstanda hökumət çevrilişinə hazırlaşmır

XİN: Ukrayna Gürcüstanda hökumət çevrilişinə hazırlaşmır

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatına münasibət bildirib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, XİN-in mətbuat katibi Oleq Nikolenko Ukraynanın Gürcüstanda hökumət çevrilişinə hazırlıqlaşdığı ilə bağlı məlumatın doğru olmadığını qeyd edib.

“Gürcüstanın hazırkı hökuməti öz daxili siyasi məsələlərini həll etmək üçün bir daha Ukraynanı şeytaniləşdirməyə çalışır. Ukrayna tərəfi Gürcüstanın daxili işlərinə qarışmayıb, qarışmır və qarışmağı da planlaşdırmır”, - Nikolenko qeyd edib.

Qeyd edək ki, Gürcüstan DTX bu gün ölkə daxilində və xaricində bir qrup şəxsin cari ilin oktyabr-dekabr ayları ərzində zorakı yollarla hakimiyyət çevrilişi planlaşdırmasına dair bəyanat yayıb. Bəyanatda planların müəllifləri arasında Ukrayna kəşfiyyatı, həmçinin Ukraynada təlim keçmiş gənclər və hazırda Rusiyaya qarşı vuruşan“Gürcü Legionu”nun da olduğu qeyd edilib.

Mənbə: apa.az