İki filin dueli ölümlə nəticələndi - VİDEO

İki filin dueli ölümlə nəticələndi  - VİDEO

Moderator.az Lenta-ya istinadən xəbər verir ki, bu günlərdə Cənubi Afrikadakı Kruger Milli Parkını ziyarət edənlər, iki filin ölümcül duelini çəkiblər.

Kadrlarda Mavuso adlı yaşlı bir filin üzərinə qohumu olan gənc filin necə hücum etdiyi görünür. Sonra iki böyük heyvan sağ qalmaq üçün döyüşə başlayır. Fillər bir-birlərini dişləri ilə döyür, itələyirlər və gövdələri ilə vuruşurlar. Nəticədə gənc rəqib Mavusonu yerə yıxır. Ayağa qalxmağa çalışsa da, amma çox zəif olduğundan qalxa bilmir.

Mavusonun köməyinə bir fil sürüsü gəlib. Ölmək istəyən dostlarını ətrafına toplaşır və uğursuz olaraq onu qaldırmağa çalışırlar: heyvan qocaldığı üçün ölür. Bir neçə gün sonra qoruğun işçiləri onu açıq əraziyə köçürüblər. Fil sürüsü vidalaşmaq üçün yenidən Mavusonun yaxınlığına toplanıb. Daha sonra ölü fil ac aslanlara yemək olub.

Kruger Milli Parkı Cənubi Afrikanın şimal-şərqində yerləşir. Ərazisində təxminən yarım min aslan, 12 min fil, 2,5 min camış, minə yaxın leopar və beş min gərgədan var.

Mənbə: moderator.az