Çin əcnəbiləri ölkəyə buraxmağa başlayır

Çin əcnəbiləri ölkəyə buraxmağa başlayır

Koronavirus Çindən başlamışdı. Amma indi Asiya dövləti pandemiya ilə bağlı vəziyyətin ağır sayılığı 40-50 ölkə arasında da yoxdur.

Bizimyol.info xəbər verir ki, Çin əcnəbiləri ölkəyə buraxmağa hazırlaşır. Ölkənin Xarici İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.

Hələlik iki kateqoriya üzrə Çinə daxil olmaq mümkündür. Sentyabrın 28-dən iş üçün yaşamaq icazəsi olanlar və ailə birləşməsi hüququ alanlar Asiya ölkəsinə gələ bilər. Həmin adamlardan viza tələb olunmur. Amma ölkədəki epidemiologiya qaydalarına ciddi əmək etmək lazımdır.

Çin Xarici İşlər Nazirliyi əcnəbilərlə bağlı qadağanı martın 28-də tətbiq etmişdi. Həmin gündən ölkəyə yalnız diplomatlar daxil ola bilirdi.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkar edilmişdi. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı pandemiya elan etmək qərarı vermişdi. İndiyə qədər Çində 85 min 307 nəfərdə virus aşkarlanıb. İnfeksiya 4634 çinlinin həyatına son qoyub. Dünyada virusa yoluxanların sayı 32 milyon nəfərə yaxınıaşır. Təxminən 977 min nəfər həyatını itirib.

Mənbə: www.bizimyol.info