Cəlilabadda «Veteranlar evinin» problemləri həll edilib

Cəlilabadda «Veteranlar evinin» problemləri həll edilib

Cəlilabad şəhərində Qarabağ qazilərinin istifadə etdiyi istirahət mərkəzinin bütün problemləri həll edilib.

 

Bu barədə İnterAz-a rayonda yaşayan Qarabağ qazisi Maşallah Əliyev məlumat verib.

 

Qazinin sözlərinə görə, "Veteranlar evinin" uzun illərdən yığilıb qalan borcu səbəbi ilə klubun elektrik enerjisi təminatında problem yaşanıb. Qazilərin rayon icra başçısı Namiq Zeynalova müraciətindən sonra məsələ köklü şəkildə həll edilib. Cəlilabad şəhərinin əsas parkında yerləşən bu mərkəzdə, Böyük Vətən müharibəsi və Qarabağ doyüşlərində iştirak edən qazilərin istirahəti üçün hər cür şərait yaradılıb.

 

Qarabağ döyüşlərində hər iki ayağını itirən Maşallah Əliyev Namiq Zeynalova problemin həllinə və digər məsələlərdə göstərdiyi qayğıya görə qazilər tərəfindən təşəkkürünu bildirib.

Mənbə: www.interaztv.com