Sabiq millət vəkili Arif Rəhimzadə Prezidentə yazdı...

Sabiq millət vəkili Arif Rəhimzadə Prezidentə yazdı...

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü. Arif Rəhimzadə Prezident İlham Əliyevə müracət ünvanlayıb: “İcazə verin, Sizi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Böyük Qələbə münasibətilə təbrik edim.

Bu qarşıdurma yuxarıda qeyd etdiyimiz şəkildə ifadə edilsə də, faktiki olaraq, erməni millətinin iki əsrdən artıq bir müddətdə davam edən ərazi iddiaları üzərində nəhəng Qələbə qazanıldı. Bu Qələbə təkcə öz möhtəşəmliyinə və əhəmiyyətinə görə bənzərsiz deyil, həm də ən sarsıdıcı qələbədir. Bu təkcə döyüş meydanında qələbə deyil, həm də siyasətdə, diplomatiyada, iqtisadiyyatda qələbə deməkdir.

Cənab Prezident, Birləşmiş Millətlər Təşkilatının növbədənkənar sessiyasının çağırılması barədə Sizin təşəbbüsünüz, Ümumdünya Səhiyyə Təşkilatına mənəvi və maddi dəstəyiniz, xarici kütləvi informasiya vasitələrində verdiyiniz müsahibələrdə ölkəmizin mövqeyini, öz siyasətinizi çox gözəl əsaslandırmağınız və müsahibə alan qərəzli şəxslərin belə bununla razılaşması bütün dünyada Sizin intellektual və mədəni səviyyəniz barədə, eləcə də Sizin təmsil etdiyiniz real xalq barədə təsəvvür yaradır.

Bu günlərdə doxsanıncı illərin əvvəllərində olduqca yüksək vəzifə tutan siyasi “xadimlərdən” biri ilə rastlaşdım. Mənim: “Necəsiniz?” sualıma o belə cavab verdi: “Ağıllanırıq...”

Qələbəyə görə sağ olun, cənab Prezident. Sağ olun ki, Azərbaycan xalqını çarəsizlik, həqarət və utanc vəziyyətindən çıxardınız. Bizim öz qüvvələrimizə inanmağımıza nail oldunuz, vətəndaşlarımızın bir hissəsinin ağıllanmasına kömək etdiniz.

Sağ olun ki, dahi Heydər Əliyevin ideyalarını Azərbaycanda uğurla inkişaf etdirirsiniz”.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com