Xalqa yaşatdığınız sevincin həddi-hüdudu yoxdur – Füzulinin “Zobucuq-5” qəsəbəsindən Prezidentə müraciət...

Xalqa yaşatdığınız sevincin həddi-hüdudu yoxdur – Füzulinin “Zobucuq-5” qəsəbəsindən Prezidentə müraciət...

Füzuli rayonu “Zobucuq-5” qəsəbəsindən birinci Qarabağ müharibəsi veteranı Sadıqov Vidadi Prezident İlham Əliyevə müraciət edib:

“Mən Füzuli rayonunun Arışlı kənd sakini və birinci Qarabağ müharibəsi veteranı olaraq Sizi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Biz, bütün xalqımız Sizin ətrafınızda bir yumruq kimi birləşmişik. Bu dəmir yumruqla erməni təcavüzkarlarına, vandallarına qarşı gücümüzü sübut etdik, intiqamımızı aldıq.

Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Sizin xalqımıza yaşatdığınız sevincin həddi-hüdudu yoxdur. Biz çox xoşbəxt xalqıq ki, onun Sizin kimi əvəzolunmaz Lideri var.

Allah Sizi qorusun!”

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com