Kəlbəcərin təbii ehtiyatları yenidən araşdırılacaq (VİDEO)

Kəlbəcərin təbii ehtiyatları yenidən araşdırılacaq (VİDEO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kəlbəcərin təbii ehtiyatlarını yenidən araşdıracaq. Rayon ərazisindəki qızıl ehtiyatlarının istismarını iki şirkət həyata keçirəcək. Qızıl ehtiyatları ilə yanaşı rayonun mineral su ehtiyatları və digər faydalı qazıntı yataqlarının son vəziyyəti də öyrəniləcək. Qeyd edək ki, 1993-cü ilə qədər Kəlbəcərdə 143 ton qızıl ehtiyatının olması təsdiq edilib. Ümumiyyətlə isə Kəlbəcərdəki təbii ehtiyatların həcmi 11 milyard Amerika dollarına bərabərdir.

Noyabr ayının 25-də Kəlbəcər rayonu işğaldan azad olunan kimi rayonun təbii ehtiyatları təkrar araşdırılacaq. Bundan sonra isə iki şirkət qızıl yataqlarının istismarını həyata keçirəcək.

Bunu Ekologiya və təbii sərvətlər nazirliyinin Milli Geoloji Kəşfiyyat idarəsinin rəis əvəzi Əli Əliyev ''Xəzər Xəbər''ə bildirib. Qeyd edib ki, rayon ərazisində Söyüdbulaq, Qızılbulaq, Ağduzdaq qızıl yataqları var. Şirkətlər bu yataqlarda istismar işləri həyata keçirəcək.

Əli Əliyev deyir ki, Kəlbəcər qarabağ və ona bitişik rayonların arasında ən zəngin təbii sərvətlərə malik olan rayondur. 1993-cü ilə qədər bu rayonda 34 faydalı qazıntı yatağı kəşf edilərək dövlət vəsaitinə verilib. Rayo ərazisində 8 fliz, 9 mineral-termal su yatağı, 19 qeyri-fliz və inşaat materialları yatağı olub. Təsüflər olsun ki, mənfur qonşumuz işğaldan sonra Kəlbəcərin qızıl yataqlarını talayıb. Oradan çıxarılan xammal emal olunması üçün Ermənistanın Zod Fliz Emalı zavoduna daşınıb.

Qeyd edək ki, yaxın günlərdə rayon ərazisində ermənilər tərəfindən qarət edilmiş yataqların təftişi aparılacaq. Onların azərbaycana vurduğu ziyan hesablanacaq və bu hesablama sonradan erməni işğalçılarına qarşı təzminat davası açmasına şərait yardacaq. Ümumiyyətlə rayon ərazisindəki təbbi yataqların ümumi dəyəri 11 milyard dollar dəyərində hesablanır. Ermənilərin rayonun təbbi ehtiyatlarına vurduğu ziyanın həcmi isə hesablamalardan sonra bilinəcək.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: qaynarinfo.az