İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb

İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb

Bakı. Trend:

İdoneziyanın Mərkəzi Sulavesi əyalətində torpaq sürüşməsi baş verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində qızıl mədənində işləyən ən azı beş nəfər ölüb, 70 nəfər itkin düşüb.

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Mənbə: az.trend.az