Bayden ABŞ-da fövqəladə vəziyyət rejiminin müddətini uzatdı

Bayden ABŞ-da fövqəladə vəziyyət rejiminin müddətini uzatdı

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın ölkədə yeni növ koronavirusun yayılması ilə əlaqədar tətbiq etdiyi fövqəladə vəziyyət rejiminin müddətini uzadıb.

Bu barədə “Qafqazinfo” “TASS”a istinadən xəbər verir.

“13 mart 2020-ci il tarixdə Prezident COVID-19 pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Pandemiya ictimai səhiyyə və ölkənin təhlükəsizliyi üçün əhəmiyyətli risk yaratmağa davam edir. Bu səbəbdən fövqəladə vəziyyət rejimi 1 mart 2021-ci il tarixdən sonra davam etməlidir”, - Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanmış fərmanın mətnində deyilir.

Fövqəladə vəziyyət rejiminin uzadılması müddəti dəqiqləşdirilmir.

Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatlarına əsasən, ABŞ-da koronavirusa 28,3 milyon yoluxma halı qeydə alınıb, 503,7 min nəfər bu virusun qurbanı olub. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yeri tutur.

Mənbə: qafqazinfo.az