ABŞ sakini qonşusunu öldürərək, onun ürəyindən xörək hazırladığını etiraf edib

ABŞ sakini qonşusunu öldürərək, onun ürəyindən xörək hazırladığını etiraf edib

ABŞ-da üç nəfəri öldürməkdə ittiham olunan Oklahoma ştatının sakini Lourens Pol Anderson qonşusunu ödürdüyünü və onun ürəyini çıxararaq bişirdiyini etiraf edib.

APA xəbər verir ki, bu barədə “Oklahoman” qəzeti ştatın istintaq bürosuna istinadən məlumat yayıb.

Anderson qonşu qadını onun evində öldürməkdə, eləcə də yaxın qohumu olan bir kişinin və 4 yaşlı uşağın qətlində təqsirli bilinir. O, həmçinin yaxın qohumu olan bir qadına da bıçaqla xəsarət yetirib.

“O, şeytanı qovmaq üçün qonşuluqda yaşayan qadının ürəyini çıxararaq onu ailəsi üçün kartofla bişirib”, - deyə qəzet büronun əməkdaşına istinadla yazıb.

Qəzet eyni zamanda yazır ki, şərti məhkum olan Lourens 2017-ci ildə narkotik maddə istifadəsi və silah daşımaqda ittiham olunaraq 20 il həbs cəzasına məhkum edilib. Bu müddət sonradan 9 ilə endirilib, ancaq Lourens 3 illik həbs həyatından sonra azadlığa çıxıb.

Mənbə: ona.az