Çernobılın “Google Maps” xəritələrində skeletlər aşkar edilib

Çernobılın “Google Maps” xəritələrində skeletlər aşkar edilib

 

“Google Maps” kartoqrafiya xidmətinin istifadəçilərindən biri Çernobıl şəhəri və onun ətraf ərazilərinin panoramlı xəritələrinə tamaşa edərkən bir neçə skelet aşkar edib.

Lenta.ru portalı məlumat verir ki, müvafiq görüntüləri əks etdirən video “TikTok” sosial şəbəkəsində yaylıb.

“Googlemapsfun” nik adı olan istifadəçinin dərc etdiyi virtual səyahət görüntüləri bir neçə gün ərzində 4.3 milyon baxış toplayıb. Şərhlərdə izləyicilər videodan qorxuya düşdüklərini və sümüklərin insan qalıqlarına bənzədiyini bildiriblər.

Ekspertlər isə skeletlərin qəzadan sonra atılmış şəhərə qayıdan vəhşi heyvanlara məxsus olduğunu qeyd ediblər.

Xatırladaq ki, Çernobıl Atom Elektrik Stansiyasında qəza 1986-ci ilin aprelin 26-da baş verib. Hadisə nəticəsində 8.4 milyon insan zərərli şüalanmaya məruz qalıb. Qəzadan sonra şəhər və onun ətrafı tərk edilmiş əraziyə çevrilib.

Mənbə: www.oxu.az