Bill Qeyts insanlıq tarixinin ən böyük nailiyyətini açıqladı

Bill Qeyts insanlıq tarixinin ən böyük nailiyyətini açıqladı

Peyvəndlər insanlıq tarixinin ən böyük elmi nailiyyətidir.

Axar.az xəbər verir ki, bunu “Maykrosoft” şirkətinin təsisçisi Bill Qeyts deyib.

“ Koronavirusa qarşı peyvəndlər bizə pandemiyanı bu il aşacağımıza dair böyük ümidlər verdi. Pandemiyaya rəğmən vaksinlər çox xəstəliklərin öhdəsindən gəlməyə imkan verdi”, – deyə o bildirib.

Qeyts insanlığın ən böyük 3 ixtirası sırasına mikroprosessor və yaşıl inqilabın da daxil edilməsi gərəkdiyini söyləyib.

Mənbə: axar.az