Ramos yenə zədələndi

Ramos yenə zədələndi

"Real"ın kapitanı Serxio Ramos növbəti dəfə zədələnib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçinin sol ayaq əzələsində problem aşkarlanıb. İspaniyalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı isə açıqlanmayıb.

Qeyd edək ki, Ramos bu mövsüm La Liqada cəmi 15 matçda 2 qol ötürməsi verib. O, zədə səbəbindən komandasının vacib görüşlərini buraxmalı olub.

Mənbə: qol.az