Pavel Nedved Ronaldunun gələcəyi haqda nə dedi?

Pavel Nedved Ronaldunun gələcəyi haqda nə dedi?

"Yuventus"un vitse-prezidenti Pavel Nedved klubun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun (Cristiano Ronaldo) klubda qalacağını söyləyib.

 

Fanat.Az xəbər verir ki, "Sky Spotrs"un jurnalisti Fabritsio Romano "Twitter" səhifədində Nedvedin açıqlamasını yayıb:

"Kriştianu bazar ertəsi komandaya qoşulacaq. O, heç yerə getmir, "Yuventus"da qalacaq".

Daha öncə Turin təmsilçisinin portuqaliyalı superulduzla yeni müqavilə bağlamağa hazırlaşdığı barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Ronaldu 2018-ci ildən bəri "Yuventus"da oynayır. 36 yaşlı forvard ötən mövsüm 29 qolla İtaliya A Seriyasının bombardiri olub.

Nihat

Mənbə: fanat.az