Tokio-2020: Stend atıcımız iki raunddan sonra 24-cü pillədə

Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışlarını bitirib.

"Report"un məlumatına görə, idmançı ilk raundda 25, ikinci raundda isə 23 xal toplayıb.

Cəfərov hazırda 48 xalla 30 idmançı arasında 24-cü sıradadır. Onunla birlikdə daha 8 idmançı eyni xalı qazanıb.

5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə əldə edəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qubada 66 yaşlı kişi intihar edib

SONRAKI XƏBƏR

"Bavariya"nın yeni 11 nömrəsi