Əməkdar artist ağlaya-ağlaya qızına səsləndi - VİDEO

Əməkdar artist ağlaya-ağlaya qızına səsləndi - VİDEO

Əməkdar artist Nigar Şabanova həyatının ən özəl insanından söz açıb.

BAKU.WS xəbər verir ki, “Söz-baz” proqramına qonaq olan sənətçi həyatındakı xüsusi şəxsin qızı Nəfisə olduğunu bildirib. Əməkdar artist bu həyatda sadəcə qızının onun üzünü güldürdüyünü deyərək göz yaşları içində ona səslənib:

“Bu dəqiqə həyatımın ən özəl adamı qızımdır. Bir tək o, məni xoşbəxt edir. Ona demək istədiyim sözlər çoxdur. Amma kaş böyük olardı və məni dərk edə bilərdi. İnşallah, onu övladlığa götürməyim incitməz.

Nəfisəni valideynlərindən də ayırmıram. O, mənim tək təskinlik yerimdir. Yeganə varlıqdır ki, bir tək o, məni güldürür, ağlamağa qoymur. Nə yaxşı ki, varsan və mən sənə sığınıram. Sənin mənə ana deməyin mənə dünyanı verir”.

Qeyd edək ki, Nigar Şabanova 3 il əvvəl Nəfisə adlı qızı övladlığa götürüb.

Mənbə: baku.ws