Oktyabrın 21-də təhsil naziri Emin Əmrullayev Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Təhsil Nazirliyi ilə Venesuela Bolivar Respublikası arasında təhsil sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
Mənbə: azertag.az