Azərbaycanda “Maliyyə texnologiyalarının tətbiqi üzrə yol xəritəsi” hazırlanacaq

Azərbaycanda “Maliyyə texnologiyalarının tətbiqi üzrə yol xəritəsi” hazırlanacaq

Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması və bununla da maliyyə-bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlər çərçivəsində “Maliyyə texnologiyalarının tətbiqi üzrə yol xəritəsi”nin hazırlanması nəzərdə tutulub.

Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, “Yol xəritəsi”nin Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “TheCityUK” təşkilatının texniki yardımı ilə hazırlanması planlaşdırılıb. Bu məqsədlə ötən gün səfir Ceyms Layl Şarpın iştirakı ilə AMB, "Azərbaycan Banklar Assosiasiyası" və "Azərbaycan FinTex Assosiasiyası" İctimai Birlikləri, həmçinin “TheCityUK” təşkilatının ekspertləri arasında ilk görüşü keçirilib və fəaliyyət istiqamətləri müzakirə edilib.

Mənbə: report.az