Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

Gürcüstanda ötən sutka ərzində koronavirusa 7521 yeni yoluxma faktı qeydə alınıb və bununla da, ölkədə ümumi yoluxanların sayı 1 006 864-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “StopCov.ge” saytı açıqlayıb.

Bildirilir ki, son 24 saat ərzində ölkədə 31 nəfər koronavirusdan dünyasını dəyişib, 3160 nəfər isə sağalıb.

Bununla yanaşı, Gürcüstanda koronavirusdan ümumilikdə dünyasını dəyişənlərin sayı 14 512, sağalanların sayı isə 934 667 nəfər təşkil edib.

Mənbə: qafqazinfo.az