Ötən il 420 nəfər Azərbaycana readmissiya olunub.
“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbaut konfransında deyib.
O qeyd edib ki, onların Azərbaycana gətirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq razılığına əsaəsn çarter reysləri ilə həyata keçirilib: “Keçən il üçün readmissiya edilənlərin sayında 2,9 dəfə artım olub. 2014-cü ildən bu yana 2013 nəfərin readmissiyası həyata keçirilib. Bu il üçün 2147 şəxsin də readmissiyası nəzərdə tutulub”.
Mənbə: report.az