Dəmir yolunu sökmək istəyən şəxslər tutuldu

Dəmir yolunu sökmək istəyən şəxslər tutuldu

Siyəzən-Zarat dəmir yolu xəttindən oğurluğa cəhd olunub.

DİN-dən verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Siyəzən rayonu ərazisində Siyəzən-Zarat dəmir yolu xəttindən 33 ədəd rels altlığı və 36 dəst boltu oğurlamağa cəhd göstərilib.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Siyəzən rayon sakinləri M.Nadirov, İ.Məmmədov, əvvəllər məhkum olunmuş B.Məmmədov və oğlu S.Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.

Mənbə: virtualaz.org