Lətifədən Niyama cavab: “İnsanlığımda da, öz sənətimdə də çox gözəl yerdəyəm” - ÖZƏL + VİDEO

Lətifədən Niyama cavab: “İnsanlığımda da, öz sənətimdə də çox gözəl yerdəyəm” - ÖZƏL + VİDEO<span class="qirmizi"></span>

 

Bir müddət əvvəl aparıcı Lətafət Ələkbərovanın müğənni Niyam Salami haqqında söylədiyi “Niyam başdan-ayağa botoksdur” fikrinə görə qarşı tərəf onu paxıl adlandırıb.

ARB TV-də yayımlanan “Maqazin plyus” verilişinə müsahibə verən Salami aparıcı haqqında: “Sən bilmirsən, nə ilə haraya gəlmək istəyirsən? Sərt danışıram ki, sərt də cavabımı verəsən, amma efirlə deyil. Efirdə danışmısan, zəng elə, sözünü de, mən də sənin cavabını verim”, - deyib.

Əlavə olaraq, Niyam Salami sözü üzə deməyənləri “paxıl” adlandırıb.

Oxu.Az-a açıqlama verən Lətafət Ələkbərova müğənninin fikirlərinə münasibət bildirib.

Ələkbərova bu məsələni aralarında həll etdiklərini vurğulayıb.

“Şükürlər olsun, mən insanlığımda da, öz sənətimdə də çox gözəl yerdəyəm. Niyamla da biz özümüz həll etmişik. Bizim zarafatımız var”, - deyə aparıcı əlavə edib.

 

Dilşad Bəhruzqızı

Mənbə: www.oxu.az