Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də gecə saat 1 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Qazax şəhər sakini E.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Hayqaz Musayevi vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Mənbə: azertag.az