Si Cinpin Putinin Rusiyaya səfər dəvətini rədd etdi

Si Cinpin Putinin  Rusiyaya səfər dəvətini rədd  etdi<span class="qirmizi"></span>

Çin Xalq Respublikasının Sədri Si Cinpin COVID-19 pandemiyası ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin ölkəsinə səfər dəvətindən imtina edib. Bu barədə Yaponiyanın “Yomiuri” qəzeti diplomatik mənbələrə istinadən yazır. Qeyd olunur ki, Rusiya tərəfinin dəvəti 2022-ci il iyunun 15-də Sinin doğum günündə söhbət zamanı edilib. Buna cavab olaraq Çin Xalq Respublikasının Sədri bildirib ki, koronavirus məhdudiyyətləri səbəbindən yaxın gələcəkdə Rusiyaya səfər etmək çətin olacaq. Məlumdur ki, Çin lideri 2020-ci ilin yanvar ayının sonundan bəri xarici ölkələrə səfər etməyib.

Nəşr həmçinin hesab edir ki, Si Cinpin 2022-ci ilin payızında keçiriləcək Çin Kommunist Partiyasının qurultayı ərəfəsində, ehtimal ki, üçüncü müddətə qala bilər. Ona görə həm daxili, həm də xarici siyasətdə kəskin addımlar atmamağa çalışır. Belə ki, Rusiyaya səfər isə ABŞ və Avropa ilə böhranın dərinləşməsinə səbəb ola bilər.


 

Mənbə: azvision.az