Xəzər dənizinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması təklif edilir

Xəzər dənizinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması təklif edilir<span class="qirmizi"></span>

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Xəzər dənizinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması təklif edilir.

Bunu “Report”a AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev deyib.

O, bu istiqamətdə işlərin aparıldığını, Rusiya və Qazaxıstanın elmlər akademiyaları ilə razılıq əldə olunduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu istiqamətdə əməkdaşlıq davam etdiriləcək.

“Xəzəri öyrənmək üçün 5 ölkənin hər biri arasında iş aparılmalıdır”, - o əlavə edib.

Xatırladaq ki, bu gün Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirin informasiya tərəfdaşı “Report” agentliyidir.

Mənbə: report.az