Novxanıda 2 avtomobil toqquşdu: 1 ölü, 3 yaralı var

Novxanıda 2 avtomobil toqquşdu: 1 ölü, 3 yaralı var<span class="qirmizi"></span>

 

İyulun 4-də saat 21 radələrində Binəqədi rayonu Novxanı bağlar sahəsində Yardımlı rayon sakini A.Kərimovun idarə etdiyi “Lada Priora” və Şirvan şəhər sakini Eyvaz Seyfullayevin idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

Mənbə qeyd edir ki, E.Seyfullayev hadisə yerində ölüb, 2 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

Mənbə: bizim.media