Xəzərdə balıq populyasiyasının azalması iqlim dəyişiklikləri ilə bağlıdır

“Xəzərdə balıq populyasiyasının azalması brakonyerliklə deyil, iqlim dəyişiklikləri ilə bağlıdır”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, qlobal istiləşmə, temperaturun artması və digər əlaqəli amillər Xəzər dənizində suyun səviyyəsinin dəyişməsinə səbəb olur.

O, çayların üzərində bəndlərin tikintisini dayandırmağa çağırıb, əks halda, Xəzəri Aral dənizinin aqibətini gözləyəcəyini bildirib.

Xatırladaq ki, konfransın informasiya tərəfdaşı “Report” İnformasiya Agentliyidir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Erməni müxalifəti parlamentdən niyə çəkilir? – Gizli ssenarinin İKİ VEKTORU

SONRAKI XƏBƏR

Küçələrdə satılan dondurmalarda ağır xəstəlik izləri - Mütəxəssisdən XƏBƏRDARLIQ