Şmıqal: Ukrayna hərbi ehtiyaclar üçün 30 milyard ayırdı

Şmıqal: Ukrayna hərbi ehtiyaclar üçün 30 milyard ayırdı<span class="qirmizi"></span>

Müharibə başlayandan Ukrayna ordu və təhlükəsizlik ehtiyacları üçün 30 milyard dollardan çox vəsait ayırıb.

Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal Teleqramda bildirib.

Baş nazirin sözlərinə görə, hərbçilərin və digər güc strukturlarının əməkdaşlarının maaşları üçün 20,85 milyard dollar, texnika və silahların alınması, təmiri və modernləşdirilməsi üçün 4,77 milyard dollar xərclənib.

Şmıqal əlavə edib ki, Ukraynanın 2023-cü il büdcəsində silah və hərbi texnikanın alınması, modernləşdirilməsi və təmiri üçün 8,12 milyard dollar ayrılması nəzərdə tutulur.

Mənbə: axar.az