Bağlı qapı arxasında qalan şəxs xilas edilib

Bağlı qapı arxasında qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Azvision.az xəbər verir ki, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Mənbə: azvision.az