İngiltərədə güclü yağışlar

İngiltərədə güclü yağışlar

İngiltərəyə yağan güclü yağışlar nəticəsində ölkənin şimal hissəsindəki bəzi şəhərlərə ciddi ziyan dəyib.
Ən çox ziyan Şeffild şəhərinə dəyib. Güclü yağışlar nəticəsində yerli çaylar məcrasından çıxaraq daşıb, şəhərin küçələrini , magistral yolları su basıb. Onlarca evə ziyan dəyib. Küçələrdəki bəzi avtomobillər su altında qalıb. Britaniyalı jurnalistlər bu daşqını “bibliya axını” ­adlandırıblar.
Hazırda təbii fəlakət zonasında xilasedicilər çalışırlar. Əhalidən xahiş olunub ki, mümkün qədər evdən çıxmasınlar.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com