Dövlət Bayrağı Günü ilə bağlı pulsuz feys-art...

Dövlət Bayrağı Günü ilə bağlı pulsuz feys-art...

Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz feys-art təşkil edib.

İdarədən Axar.az-a verilən məlumata görə, aksiya çərçivəsində 10 nöqtədə arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkilib. Feys-artdan istifadə edən bütün qonaqlara bayraqlar hədiyyə olunub. Aksiyanı keçirməkdə məqsəd Azərbaycanın azadlığının, suverenliyinin simvolu, xalqımızın qürur mənbəyi olan dövlət bayrağını təbliğ etmək, xüsusən yetişməkdə olan gənc nəsildə bayrağa sevgi və hörmət hissini aşılamaqdır.

Mənbə: axar.az