Ukraynaya şad xəbər: Separatçılar geri çəkilir

Ukraynaya şad xəbər: Separatçılar geri çəkilir

Donetsk separatçıları Donbassın Petrovsk yaşayış məntəqəsindəki təmas xəttindən geri çəkilməyə başlayıb.

Axar.az xəbər verir ki,bu barədə Sputnik məlumat yayıb. Separatçıların və ukraynalı əsgərlərin çəkilməyə hazır olduqlarını göstərmək üçün fişəng atdıqları, daha sonra isə yük maşınlarına minərək ərazidən uzaqlaşdıqları bildirilib.

Xəbərdə ATƏT nümayəndələrinin çəkilmə prosesini izlədikləri qeyd edilib.

Ukrayna tərəfi də Petrovsk yaşayış məntəqəsindən hərbçilərin geri çəkildiyini təsdiqləyib.

Mənbə: axar.az