Ağstafada baş verən qəzada bir nəfər xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki VAZ markalı avtomobilin toqquşması nəticəsində Ələkbərov Elman müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb sürücülərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Gənclik və yeni media” konfranslarına start verildi

SONRAKI XƏBƏR

Ukraynaya şad xəbər: Separatçılar geri çəkilir