MDTF təmsilçisi Estoniyada silsilə görüşlər keçirib

MDTF təmsilçisi Estoniyada silsilə görüşlər keçirib

Moderator.az xəbər verirki, “Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi və doğma yurduna geridönmə mübarizəsi beynəlxalq kontekstdə. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlıİcmasının fəaliyyəti və perspektivlərinin təbliği” adlı konfrans çərçivəsindəEstoniyada səfərdə olan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorununmüavini noyabrın 7-8 tarixlərində bir sıra görüşlər keçirib.

Rəfi Qurbanov 7 noyabrtarixində Estoniya İnteqrasiya Fondunun Milli Azlıqlarla iş üzrə şöbənin müdirivə Fondun mədəni müxtəlifliklər üzrə müşaviri Kristina Pirgop, noyabrın 8-də MədəniyyətNazirinin mədəni məsələlər üzrə müşaviri, xanım Ann-Li Reyma, Tallin şəhərininMədəniyyət Departamentinin rəhbəri xanım Aini Hərm ilə görüşüb.

Görüşlərdə qarşı tərəfəFond haqqında geniş məlumat verilib, qarşılıqlı maraq doğuran mövzular ətrafındamüzakirələr aparılıb, eləcə də tərəfləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, işğalaltında olan və ermənilər tərəfindən məhv edilən irsimizin qorunmasında beynəlxalqictimaiyyətin müdaxiləsinin güclöndirilməsinə dəstəyin verilməsi, Azərbaycan həqiqətlərinindünyaya çardırılması Fondun əsas məqsədlərindən biridir.

Mənbə: moderator.az