Ermənilər Ağdamı xristian dünyasının Kəbəsinə çevirməyi planlayır – “Elə bir daş tapmışıq ki...”

Ermənilər Ağdamı xristian dünyasının Kəbəsinə çevirməyi planlayır – “Elə bir daş tapmışıq ki...”

Dinə münasibəti tarixə münasibəti kimi saxta olan toplum...

Ermənilər işğaldakı Azərbaycanərazilərindən biri olan Ağdamı xristian dünyasının ziyarət yerinə çevirməyiplanlayır.

Moderator.az erməni mənbələrinəistinadən xəbər verir ki, buna səbəb Ağdamda məskunlaşan ermənilər torpağışumlayan zaman “təsadüfən” iri bir daş parçası üzərində xaçkar tapmasıdır. Tapılanqaya parçasını “araşdıran” erməni tarixçiləri bunun IX-X əsrə aid olduğunuiddia edərək, bu tapıntını sözügedən ərazilərin “tarixi erməni torpaqları”olmasının isbatı kimi dəyərləndirib. Düşmən tarixçiləri qeyd edib ki, bu,sözügedən ərazidə tapılan dördüncü xaçkardır.

Erməni mənbələrininverdiyi məlumata görə, xaçkarın tapıldığı Ağdam ərazisində məskunlaşan ermənilərtapıntının ərazidən aparılmasına qarşı çıxmaqla yanaşı, maraqlı bir təklif irəlisürüb. Onlar Ağdam ərazisində, konkret olaraq xaçkarın tapıdığı ərazidə “həcc məkanı”nınyaradılmasını təklif ediblər. Işğalçılar hesab edir ki, bu tapıntı Ağdamınturizm şəhərinə, xristianların ziyarət yerinə çevrilməsinə kömək edəcək.

Erməni mediası sözügedənxaçkar ətrafındakı müzakirələr fonunda Azərbaycanın ünvanına da yeni ittiham vəböhtanlar səsləndirib. Düşmən mediası qeyd edib ki, tapılan xaçkar “tarixin, ədalətvə həqiqətin” ermənilərdən yana olduğunu sübut edir.

Erməni müəlifləri hesabedir ki, Azərbaycan Ermənistanı işğalçı adlandırmaqla onları təhqir edir. Lakindüşmən hesab edir ki, “Azərbaycan xərclədiyi milyonlar fonunda əsl həqiətisaxtalaşdıra bilməz”.

Məlumat üçün qeyd edəkki, istər Qərbi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində, istərsədə ötən əsrin 90-cı illərinin əvvəllərində işğal edilmiş Qarabağ və ətraf rayonlarda bu cür qondarma “maddi-mədəniyyətnümunələri” tapmaq son 30 ildir ki, ermənilərin adi məşğuliyyətinə çevrilib. İşğalçılartərəfindən müxtəlif qaya parçaları, dəmir lövhələri və s. üzərində çəkilənxaçlar, erməni əlifbası ilə yazılan yazılar torpağa basdırılaraq bir neçə gündənvə ya ildən sonra “təsadüfən tapılaraq” bir neçə əsr öncəyə aid maddi-mədəniyyətnümunəsi kimi dünya ictimaiyyətinə təqdim edilir. Həmin əşyaların “qədimliyini”təmin tmək üçün bir çox hallarda onalrınüzərinə müxtəlif kimyəvi turşu və birləşmələr axıdılır ki, bu da sözügedəntapıntılara bir neçə əsrlik “tarixilik” qazandırır.

Bu baxımdan Ağdamdatapılan xaçkarın da ermənilər tərəfindən bir neçə gün öncə həmin ərazidəbasdırıldığı şübhəsizdir və növbəti erməni kələyindən başqa bir şey deyil.Görünür düşmən, axşam basdırıb səhər “tapdığı” xaçkarı X əsrin nümunəsi kimi təqdimetməklə Ağdam ərazisini erməni torpaqları olduğunu isbatlamaq, onu erməni-xristianməfkurəsində süni şəkildə müqəddəsləşdirmək və ermənilərin, eləcə də digərxristianların bu əraziyə turist kimi səfərinə nail olmaqla pul qazanmağaçalışır.

Seymur ƏLİYEV

Mənbə: moderator.az