”Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi - Mərkəzdən gündə 270 min sərnişin istifadə edəcək

”Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi - Mərkəzdən gündə 270 min sərnişin istifadə edəcək

Bakıətrafı kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən bu məkana hər gün 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobus daxil olacaq.

Atv.az xəbər verir ki, Mərkəzin xidmətlərindən 270 min sərnişin yararlana biləcək. Burada dörd platformadan ibarət avtobus terminalı, həmçinin havalandırma sistemi ilə təchiz edilən 10 gözləmə zalı var.

BNA-nın mətbuat katibiv Mais Ağayev bu haqda daha geviş məlumat verərək dedi ki:-“Əvvəlki müvəqqəti olan yerdə hərəkət edən avtobus marşrutların da əksəriyyəti indiki ərazidə xidmət göstərir. Bir neçə avtobuslar var ki, həmin istiqamətdə onlar da Koroğlu mübadilə mərkəzinə yaxın metronun yaxınlığından hərəkət edir. Gözləmə zalları ilə yanaşı, mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı da fəaliyyət göstərir.”

Qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi səhər saat 05:30-dan gecə 00:30-a qədər fəaliyyət göstərəcək.

Kərəm Ələsgərov / Atv.az

Mənbə: www.atv.az